İranı ABŞ ya İsrail vura bilər?
22 Aprel 2025, 03:49
Qaynar xətt:
(+99450) 247 90 86Prezidentin sərəncamı: 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq
SİYASƏT
1850
07.04.2025, 19:18
Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq.
Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır.
Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək.
Həmçinin oxuyun
Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.
03:49 / 22 Aprel 2025
İranı ABŞ ya İsrail vura bilər?
1
03:39 / 22 Aprel 2025
“Həyat yoldaşımdan ayrılmaq istəyirdim”
4
23:22 / 21 Aprel 2025
Bakıda iki qız itkin düşdü
42
22:43 / 21 Aprel 2025
Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
38
22:35 / 21 Aprel 2025
Marketlərdən sarı yumurtalar yığışdırılır
151
21:56 / 21 Aprel 2025
16 milyon dollar sərvəti kimə qalacaq?
53
21:40 / 21 Aprel 2025
Sabah bu ərazilərdə işıq olmayacaq
375
21:10 / 21 Aprel 2025
Ərəblər ona 300 milyon dollar ödəyəcəklər
77
20:33 / 21 Aprel 2025
FSB meriyanı ələ keçirmək istəyən Volqoqrad sakinini saxlayıb
75
20:29 / 21 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
236
20:22 / 21 Aprel 2025
Tramp Ukrayna və İran danışıqlarında irəliləyiş olduğunu bildirib
69
20:10 / 21 Aprel 2025
Nazirin çantası oğurlandı
177
19:54 / 21 Aprel 2025
Abxaziyada rusiyapərəst Ardzinba saxlanılıb
89
19:52 / 21 Aprel 2025
Mehman Dadaşov vəfat edib
810
19:44 / 21 Aprel 2025
Prezident sərəncam imzaladı
202
19:35 / 21 Aprel 2025
Rada ABŞ-ın Ukrayna üzrə danışıqlardan çıxmasının nəticələrini açıqlayıb
83
19:30 / 21 Aprel 2025
Təranə Səidova vəfat edib
154
19:16 / 21 Aprel 2025
Ukrayna Silahlı Qüvvələri Rusiyanın planını alt-üst etdi
101
19:05 / 21 Aprel 2025
Tramp və 9 may: Kreml buna son qoydu
106
19:02 / 21 Aprel 2025
Papa yola salınır
95
18:59 / 21 Aprel 2025
Politoloq ABŞ-ın Ukrayna danışıqlarından çıxması riskini açıqlayıb
94
18:56 / 21 Aprel 2025
Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə - Rəsmi reaksiya
235
18:39 / 21 Aprel 2025
Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
94
18:32 / 21 Aprel 2025
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
401
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.